Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid anasının yas mərasimində iştirak edib

06 fevral 2025 | 15:31

Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Birinci Qarabağ müharibəsinin şəhidi Natiq Həsənovun anası və Vətən müharibəsi şəhidi Aslanov Xəyal Qüdrət oğlunun nənəsi Fatma Həsənova yas mərasimində iştirak edib.

Qeyd edək ki, mərhumun oğlu Birinci Qarabağ müharibəsi şəhidi Həsənov Natiq Edik oğlu 1993-cü ildə Ağdaban istiqamətində gedən döyüşlərdə şəhid olub.

Mərhumun nəvəsi N saylı hərbi hissənin giziri Aslanov Xəyal Qüdrət oğlu 1994-cü ildə Tərtər rayonun Çardaqlı kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində rayonun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə döyüşüb. 28 sentyabr 2020-ci il tarixdə, 26 yaşında şəhid olub.

Xəyal  Aslanov ölümündən sora “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Yas mərasimində Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov da iştirak edib.

Şəhidin ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Keçidlər