Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid anası Maxmər Əliyevanı 80 illik yubileyi münasibəti ilə təbrik edib

04 aprel 2025 | 12:39

“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tərtər rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhərində şəhid Firdovsi Paşayevin ailəsində olub, anası Əliyeva Maxmər Şükür qızını 80 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.

Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.

Qeyd edək ki, şəhid Paşayev Firdovsi Ənur oğlu 1967-ci il fevral ayının 15-də Tərtər şəhərində anadan olmuşdur. Orta təhsilini şəhər 2 saylı orta məktəbdə aldıqdan sonra 1985-ci ildə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1987-ci ildə həqiqi hərbi xidmətini Tbilisi şəhərində başa vuraraq vətənə qayıdır. 1988-1992-ci illərdə 47 saylı SMD-də fəhlə işləmişdir. 1992-ci il mart ayının 17-dən 18-nə keçən gecə, Novruz bayramı ərəfəsində erməni təcavüzkarları tərəfindən şəhərə atılan qrad mərmilərindən biri onların evinə düşmüşdür. Bu qrad mərmisinin partlayışından onların evləri tamamilə dağılmış, Firdovsi Paşayev isə qəlpələrdən aldığı xəsarətdən həlak olmuşdur. Subay idi. Tərtər şəhər qəbiristanlığında dəfn olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər