Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid Abbaszadə Eminin ailəsini ziyarət edib

20 aprel 2026 | 11:44

Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov  Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə antiterror əməliyyatlarında şəhid olmuş Abbaszadə Emin Faiq oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar. 

Qeyd edək ki, şəhid Emin Abbaszadə 1998-ci il may ayının 15-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. O,19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb və Kəngərli kənd qəbiristanlığında torpağa tapşırılıb.  

Şəhid Abbaszadə Emin Faiq oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

Keçidlər