Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhər ərazisində aparılan abadlıq və iməcilik işlərinə yerində baxış keçirib

19 dekabr 2025 | 11:03

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər şəhəri ərazisində növbəti abadlıq və iməcilik aksiyası keçirilib.

İməcilik zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Tərtər Rayon Polis Şöbəsinin rəisi Rüfət Məmmədov görülən işlərlə yerində tanış olub, ərazilərə baxış keçiriblər. Rayon rəhbəri tərəfindən aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıq və tövsiyələr verilib.

İməcilikdə Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləri fəal iştirak ediblər.

Aksiya çərçivəsində Tərtər şəhəri ərazisində olan alaq otları biçilib, ərazilər təmizlənib, ağacların dibləri bellənərək yumşaldılıb, mövsümi budama işləri aparılıb, ağaclar və gül kolları suvarılıb, ərazidə olan tullantılar toplanaraq daşınıb. Həmçinin şəhər ərazisində yerləşən obyektlərdə səliqə-sahman yaradılıb, işıq dirəkləri və yol kənarı səki daşları rənglənib.

İməcliyin keçirilməsində əsas məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyətin və təbiətə qayğının təbliği, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi və ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Keçidlər