Rayon rəhbəri şəhər 5 nömrəli tam orta məktəbinin tikintisi və Tərtər Peşə məktəbinin əsaslı təmiri ilə tanış olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhər 5 nömrəli tam orta məktəbinin tikintisi və Tərtər Peşə Məktəbində aparılan əsaslı təmir işləri ilə tanış olub və hər iki məktəbin kollektivi ilə görüşüb.
Tərtər Peşə Məktəbinin direktoru Əli Babayev rayon rəhbərinə təmir barədə ətraflı məlumat verib. Bildirib ki, məktəbin 5 mərtəbəli tədris binası 1964-cü ildən fəaliyyət göstərməsinə baxmayaraq heç vaxt əsaslı təmir olunmayıb, yardımçı binalar köhnə tikililər olduğundan böyük əksəriyyəti qəzalı vəziyyətdə idi. Uzun illər məktəbdə məcburi köçkünlər məskunlaşdığı üçün məktəb öz görkəmini tamamilə itirmişdi.
Artıq Elm və Təhsil Nazirliyinin xətti ilə “FH” MMC şirkəti məktəbdə əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Məktəbin 1, 2, 3-cü mərtəbələri tədris, 4 və 5-ci mərtəbələri isə yataqxana üçün nəzərdə tutulub.
Qeyd edək ki, yeni tədris ilində məktəbdə 300 nəfər tələbə tədris keçməklə müxtəlif peşələrə yiyələnəcəklər. Hazırda Tərtər Peşə Məktəbində 22 nəfər-14 ixtisas fənn müəllimi, 8 nəfər isə istehsalat təlim ustası işləyir.
İcra başçısı sonra şəhər 5 saylı tam orta məktəbində olub. O, qeyd edib ki, 1974-cü ildə tikilmiş 5 nömrəli tam orta məktəb 44 günlük vətən müharibəsi zamanı erməni təxribatçılarının yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində dağılmışdır. Təhsil Nazirliyi tərəfindən tikilən 360 şagird-yerlik yeni məktəb binası “Bilik Günü”ndə istifadəyə veriləcək.
Hər iki məktəbin kollektivi rayon rəhbəri ilə görüşdəTərtər rayonunda təhsilə, onun maddi- texniki bazasının gücləndirilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm cənab prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.