Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri savat idman növü üzrə ölkə birinciliyində yer qazanmış idmançıları qəbul edib

10 dekabr 2024 | 14:49

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə savat idman növü üzrə ölkə birinciliyində yer qazanmış idmançıları qəbul edib.

Görüşdə Əməkdar məşqçi, idman ustası Ruhi Hüseynov, ölkə birinciliyində yer qazanmış idmançılar və  onların valideynləri iştirak ediblər.

Əməkdar məşqçi, idman ustası Ruhi Hüseynov əvvəlcə idmançıların içtirak etdiyi birinciliklər barədə məlumat verib. Qeyd edib ki, ölkə birinciliyində yetirmələrindən 6 nəfəri-Röyal Həsənli, Elman Ələkbərli, İbrahim Həsənzadə, Məhəmməd Mahmudov, Qədir Bərxudarlı, Üzeyir Abbaslı 1-ci, 8 nəfəri-Yusif Kərimli, Nadir Bayramov, Rövşən Süleymanlı, Tapdıq Quliyev, Şamxal Abuzərli, Sübhan Aslanzadə, Kənan Babayev, Çingiz Həsənli 2-ci, 6 nəfər–Cəmil Əliyev, Miryusif Kərimli, Elbrus Muradlı, Tunar Cəfərli, Abbas Abbaslı, İsa Əliyev isə 3-cü yeri tutub. 

Rayon rəhbəri idmançıları qazandıqları qələbəyə görə təbrik edərək, onlara yeni uğurlar arzulayıb, respublika Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğıdan danışıb, bu qayğıdan ruhlanan idmançıların əldə etdiyi uğurları dilə gətirib.

Tədbirdə rayon rəhbəri idmançılara respublika birinciliyində qazandıqları diplom və medalları təqdim edib.

İdmançılar onlara göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər