Rayon rəhbəri Sarov kəndində dəm qazından zəhərlənərək dünyasını dəyişmiş sakinlərin yas mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının, rayon Ağsaqqallar şurasının sədrləri ilə birlikdə Sarov kəndində dəm qazından zəhərlənərək dünyalarını dəyişmiş Kəlbəcər rayonundan olan, Tərtər rayonunun Sarov kəndində məskunlaşaraq yaşayan keçmiş məcburi köçkün Tağızadə Ülfət Mayıs oğlunun və ailə üzvlərinin yas mərasimində iştirak edib, mərhumların yaxınlarına başsağlığı veriblər.
Qeyd edək ki, aprel ayının 21-də Kəlbəcər rayonundan olan, Tərtər rayonunun Sarov kəndində məskunlaşaraq yaşayan keçmiş məcburi köçkünlər 1995-ci il təvəllüdlü Tağızadə Ülfət Mayıs oğlu, həyat yoldaşı 1998-ci il təvəllüdlü Tağızadə Əfsanə Fəqan qızı, övladları 2020-ci il təvəllüdlü Tağızadə Sürəyya Ülfət qızı, 2018-ci il təvəllüdlü Tağızadə Ümid Ülfət oğlu yaşadıqarı evdə dəm qazından zəhərlənərək ölmüşlər.
Allah rəhmət eləsin!