Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şahmatçıları təltif edib

08 may 2026 | 14:53

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş ümumtəhsil məktəblərinin şahmatçıları arasında  keçirilən rayon turnirinin qaliblərini qəbul edib.

Rayon İcra Hakimiyyətində keçirilən qəbulda icra başçısı iştirakçıları salamlayaraq, ümummilli liderin zəngin dövlətçilik irsindən, gənclərin intellektual inkişafında şahmatın mühüm rolundan danışıb. Bildirilib ki, ölkəmizdə idmanın bütün sahələrinə, xüsusilə də şahmata göstərilən diqqət və qayğı gənc nəslin hərtərəfli inkişafına xidmət edir.

Görüş zamanı turnirdə yüksək nəticə göstərərək qalib adını qazanan məktəblilər təbrik olunub, onların gələcək yarışlarda da uğurlar qazanacaqlarına inam ifadə edilib. Qeyd olunub ki, belə yarışların keçirilməsi şagirdlər arasında sağlam rəqabət mühitinin formalaşmasına, məntiqi düşüncənin inkişafına və asudə vaxtın səmərəli təşkilinə mühüm töhfə verir.

Sonda turnirinin qaliblərinə rayonun icra başçısı tərəfindən təşəkkürnamələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Keçidlər