Rayon rəhbəri “Qurtuluşdan Zəfərə doğru” sənədli filminin yaradıcı heyətini qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Birliyinin Tərtər Regional şöbəsinin təşəbbüsü ilə çəkilən “Qurtuluşdan Zəfərə doğru” sənədli filminin yaradıcı heyətini qəbul edib. Rayon rəhbəri yaradıcı heyəti uğurlu təşəbbüslərinə görə təbrik edərək, onlara öz təşəkkürünü bildirib, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində Tərtər sakinlərinin göstərdiyi dözüm və dəyanətdən, müharibənin rayonumuzun infrastrukturuna vurduğu zərərdən, respublika prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 30 ildən sonra torpaqlarımızın işğaldan azad olunmasından, Vətən uğrunda canlarını fəda etmiş oğul və qızlardan, şəhid və qazilərdən söhbət açıb, onlara dövlət tərəfindən göstərilən diqqət və qayğını dilə gətirib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Birliyinin Tərtər Regional şöbəsinin sədri Vidadi Məmmədzadə film haqqında məlumat verib. Bildirib ki, sənədli filmin çəklişində məqsəd qurtuluş dövründən 44 günlük Vətən müharibəsində qazanılan zəfərədək Tərtər rayonun sakinlərinin arxa və ön cəbhədə göstərdikləri şücaətləri, Tərtərin hərbi və mülki şəhidlərini, qazilərini, veteranlarını geniş ictimaiyyət kütləsinə tanıdılması, tamaşaçıları müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyan və müharibədən sonra aparılan geniş tikinti abadlıq işləri ilə tanış etməkdir.
Filmin yaradıcı heyətinin üzvləri Birinci Qarabağ Müharibəsi veteranları Bəylər Abbasov, Vətən müharibəsi veteranı Əhməd İsmayılov filmin çəkilişində göstərdikləri fəallığa görə şəhid ailələrinin üzvlərinə, qazilərə, filmdə iştirak edən rayonun məktəblilərinə öz minnətdarlıqlarını bildiriblər.
Çıxışlarda “Qurtuluşdan zəfərə doğru” gedən şanlı döyüş yolundan bəhs olunub, şəhid ailələri və qazilər müharibə veteranları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilib.