Rayon rəhbəri QHT rəhbərləri ilə birlikdə müalicədən qayıdan 3-cü qrup Vətən müharibəsi əlili Elmin Mehdizadəni evində ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Şaban Cəfərov adına Xeyriyyə Cəmiyyətinin sədri Nərmin Şaban qızı, “Dayaq” Vətən Müharibəsi əlillərinə və şəhid ailələrinə dəstək təşkilatının sədr müavinləri Ramin Şirinov, Məcid Məmmədov və Hüquq departamentinin rəhbəri-Vəkillər kollegiyasının üzvü Vüsal Səfərovla birlikdə 3-cü qrup Vətən müharibəsi əlili Mehdizadə Elmin Elgün oglunu yaşadıgı evdə ziyarət ediblər.
Elmin uzun müddət idi ki, Ege Hospitalda keçirdiyi agır əməliyyaydan sonra müalicə alırdı. O, müalicə aldıgı müddətdə ilk övladı dünyaya gəlib. Ziyarətçilər qazinin səhəti ilə maraqlanıb, yeni dünyaya gəlmiş ogluna qiymətli hədiyyələr təqdim ediblər.
Məlumat üçün bildirək ki, Elmin Mehdizadə Talış və Suqovuşan ugrunda gedən döyüşlərdə iştirak edib. O, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü" medalları ilə təltif olunub. Hazırda səhəti qənaətbəxşdir.
Qazi və ailə üzvləri şəhid ailələrinə, qazilərə, şəxsən onun səhhətinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.