Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Qazyan kəndində yeni tikilən körpələr evi-uşaq bağçasında son tamamlama işləri ilə tanış olub

12 avqust 2025 | 14:31

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uzun illər qəzalı vəziyyətdə olan Qazyan kənd körpələr evi-uşaq bağçası üçün dövlət tərəfindən bələdiyyəyə ayrılmış subvensiya vəsaiti hesabına tikilən 50 yerlik yeni binada aparılan son tamamlama işləri ilə tanış olub.

Görülən işləri bir-bir nəzərdən keçirən rayon rəhbəri işlərin tez bir zamanda başa çatdırılması üçün lazımi tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, körpələr evi-uşaq bağçası uşağların təlim-tərbiyəsi üçün zəruri avadanlıqla təmin olunacaq, onların dünyagörüşünün artırılması, sağlamlığının qorunması üçün nümunəvi şərait yaradılacaq.

Körpələr evi-uşaq bağçasının oktyabır ayında istifadəyə verilməsi nəzərdə tutulub.

Keçidlər