Rayon rəhbəri Qazyan kəndində “Azərbaycan Bayrağı” ordenli Birinci Qarabağ müharibəsi veteranı Əhliman Nəzərovun bacısının yas mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Qazyan kəndində “Azərbaycan Bayrağı” ordenli Birinci Qarabağ müharibəsinin veteranı Nəzərov Əhliman Məstalı oğlunun bacısı Axundova Şərqiyyə Məstalı qızının yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, Əhliman Nəzərov 1973-cü ildə Tərtər rayonunda anadan olub, 1992-ci ildə ordu sıralarına çağrılaraq döyüşlərdə edib. Birinci Qarabağ müharibəsi zamanı Tərtər-Ağdam-Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edərək, düşmənin 8 tankını 1 hərbi maşınını məhv etmişdir.
Əhliman Nəzərov 16 sentyabr 1994-cü il 202 nömrəli Fərmanla “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Mərhumun yaxınları şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.