Rayon rəhbəri qazi Ramin Quliyevin atasının yas mərasimində iştrak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Hüsənli kəndində Vətən müharibəsi əlili Quliyev Raminin atası Vidadi Quliyevin yas mərasimində iştrak edib. O, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, qazi Quliyev Ramin Vidadi oğlu Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. Üçüncü qrup Vətən Müharibəsi əlilidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Ağdamın azad olunmasına görə”, “Cəsur döyüşçü” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Qazi Ramin Quliyev şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.






