Rayon rəhbəri Qaynaq kəndində Birinci Qarabağ müharibəsinin üçüncü dərəcəli əlili Şəhriyar Əhmədovun yas mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov və rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədovla birlikdə rayonun Qaynaq kəndində Birinci Qarabağ müharibəsinin üçüncü dərəcəli əlili Əhmədov Şəhriyar Əvəz oğlunun yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, Şəhriyar Əhmədov Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində qol nahiyəsindən qəlpə yarası almış və ehtiyata buraxılmışdır.
Şəhriyar Əhmədova döyüşlərdə aldığı xəsarətlərə görə üçüncü dərəcəli əlillik təyin edilmişdir.
Mərhumun yaxınları şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.