Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Qarabağ Regional Turizm İdarəsinin rəisi ilə görüşüb

23 avqust 2023 | 15:24

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qarabağ Regional Turizm İdarəsinin rəisi Hikmət Heydərov ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli sərəncamından bəhs edilib, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın 2.3.1.2 bəndinin icrası ilə bağlı 44 günlük Vətən müharibəsində rayonun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində “ turistik kənd” konsepsiyasına uyğun olaraq layihələr həyata keçirildiyi, qəsəbəyə gedən avtomobil yolunun kənarlarında turizm marşrutu üzrə məlumatverici lövhələr yerləşdirildiyi qeyd olunub. Tərtərin turizm potensialı və bu sahədə həyata keçirilən tədbirlərdən söhbət açılıb, qarşıda duran vəzifələr müzakirə edilib.

Rayon rəhbəri Qarabağ Regional Turizm İdarənin rəisi Hikmət Heydərova işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin 8 regional idarəsi yaradılıb. 

Qarabağ Regional Turizm İdarəsi Bərdə, Ağcabədi, Beyləqan, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Xocalı, Şuşa, Cəbrayıl, Laçın, Qubadlı və Zəngilan rayonlarını əhatə edir.

Keçidlər