Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Qarabağ müharibəsi əlilinin anasının yas mərasimində iştirak edib

05 iyun 2026 | 15:37

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə İrəvanlı kəndində Birinci Qarabağ müharibəsinin ikinci qrup əlili Məmmədov Rəsul Məhərrəm oğlunun anası Məmmədova Şəfiqə Budaq qızının yas mərasimində iştrak edib. O, mərhumənin yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Rəsul Məmmədov 1970-ci ildə Tərtər Rayonunun İrəvanlı kəndində anadan olub. Ağdərə polisinin əməkdaşı kimi döyüşlərdə iştirak edib. 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanıb. İkinci qrup Qarabağ müharibəsi əlilidir.

Qarabağ əlili onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər