Rayon rəhbəri Novruz bayramı ərəfəsində yeni övladı dünyaya gəlmiş şəhid qardaşı, 3-cü qrup Vətən Müharibəsi qazisi Qorxmaz Qənbərlinin ailəsində olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərovla birlikdə Novruz bayramı ərəfəsində Kəngərli kənd sakini, yeni övladı dünyaya gəlmiş şəhid Qənbərli Qənbərin qardaşı, 3-cü qrup Vətən Müharibəsi qazi Qənbərli Qorxmaz Bəhruz oğlunun ailəsində olub, onların qayğıları və problemləri ilə maraqlanıb, ailənin yeni dünyaya gəlmiş övladına geyim və qiymətli hədiyyə təqdim edib.
Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, antiterror əməliyatlarında Qorxmaz kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Onun Vətən, ərazi bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.
Qeyd edək ki, Qorxmaz Qənbərli Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Qazimizin şəhid qardaşı Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı Qənbər Qənbərli Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində Murovdağ istiqamətindəki döyüşlərdə sentyabrın 27-də şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 2021-ci il mayın 22-də nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qazi Qorxmaz Qənbərli və ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.