Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib

31 yanvar 2023 | 12:49

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 42 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, Məşğulluq Mərkəzi tərəfindən heyvandarlıq aktivləri ilə təmin olunma, maddi yardım, ev təmirinə köməklik, qonşu mübahisəsi, mənzillə təmin olunma, əmək mübahisələri, sosial yardım, qaz çəkilişi, sahibkarlıq üçün torpaq sahəsinin ayrılması, pay torpağının zəbt olunması və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər