Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib

28 mart 2023 | 14:41

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 29 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, heyvandarlıq zərfi üzrə aktivlərlə təmin olunma, həyətyani torpaq sahəsi ilə təmin olunma, əlillik dərəcəsinin təyin olunmasına köməklik, maddi yardım, pay torpaq sahəsinin zəbt olunması və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər