Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev Kəngərli kənd tam orta məktəbində mövcud şəraitlə tanış olublar

03 iyun 2022 | 16:42

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev Kəngərli kənd tam orta məktəbində  mövcud şəraitlə yaxından tanış olub, məktəbin kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.

Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri və Milli Məclisin deputatı tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideyinlərlə sıx əlaqə saxlanmasını, valideyin komitələrinin bu işə cəlb olunmasını tövsiyə ediblər. Siniflərdə şagirdlərlə səmimi görüşərək, dərslərində onlara uğurlar arzulayıblar.

Keçidlər