Rayon rəhbəri mülki şəhid qardaşlar Xaliq və Elşən Abbasovların ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mülki şəhid qardaşlar Xaliq və Elşən Abbasovların ailəsində olub, onların problemləri və qayğıları ilə maraqlanıb.
Əvvəllər olduğu kimi 44 günlük Vətən müharibəsində də təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq yaşayış məntəqələrimizi atəşə tutub, dinc sakinlər həlak olub, yaralanıblar. Belə ailələrdən biri də Abbasovlar ailəsidir. 2020-ci ilin sentyabr ayının 29-da təxribatçıların rayonun Şıxarx qəsəbəsini atəşə tutması nəticəsində Abbasovlar ailəsi bir gündə iki oğlunu Xaliq və Elşəni itirdilər, xeyli insan isə xəsarət aldı. Bu erməni vəhşiliyinin daha bir təzahürü idi.
Şəhid olan Xaliqin 41, Elşənin isə 35 yaşı var idi.
Allah şəhidlərimizə rəhmət eləsin!
Abbasovlar ailəsi şəhid ailələrinə və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.