Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri mülki şəhid Orucov Pərviz Novruz oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib

15 oktyabr 2022 | 11:37

Erməni terrorçularının daha bir qurbanı rayonun Mamırlı kəndidən olan Orucov Pərviz Novruz oğludur. Pərvizin cəmi 31 yaşı var idi. O da Ermənistan silahlı qüvvələrinin  Tərtər  şəhərini artilleriya atəşinə tutması nəticəsində şəhər qəbristanlığında qohumunun dəfn mərasimi zamanı şəhid olub. Özündən sonra əkiz övladları yadigar qalıb. Pərviz Mamırlı kənd qəbristanlığında dəfn olunub,  ailənin yeganə oğlu idi.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhidin 2-ci ildönümü  ilə əlaqədar onun ailəsində olub, başsağlığı verib, ailənin qayğıları ilə maraqlanıb.

Tərtər Cümə Məscidinin imamı  şəhidlərin ruhuna dualar oxuyub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər