Rayon rəhbəri mülki şəhid Mehdiyeva Ayna Məhəmmədəli qızının ailəsini ziyarət edib
30 sentyabr 2022 | 15:36
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mülki şəhid, Tərtər şəhər sakini Mehdiyeva Ayna Məhəmmədəli qızının ailəsində olub, onlara başsağlığı verərək, qayğıları ilə maraqlanıb.
Cəbhədə gedən döyüşlərdə Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistan ordusu mütamadi olaraq Tərtərin yaşayış məntəqələrini atəşə tutur, bunun nəticəsində mülki insanlar şəhid olur, yaralanırdı.
2020-ci sentyabrın 30-da 1959-cu il təvəllüdlü rayon xəstəxanasında xadimə işləyən Mehdiyeva Ayna Məhəmmədəli qızı yaşadığı evin həyətinə mərmi düşməsi nəticəsində şəhid olub.
Allah bütün şəhidlərimizə rəhmət elesin!