Rayon rəhbəri mülki şəhid İbrahimov Şahin Mahmud oğlunun ikinci ildönümü ilə əlqədar ailəsini ziyarət edib
44 günlük Vətən müharibəsində erməni təcavüzkarları insanlığa sığmayan, müharibə qaydalarına zidd olaraq insanların sıx yaşadığı məntəqələri ağır artileriya atəşinə tutur, bunun nəticəsində mülkü insanlar şəhid olur, yaralanır, sağlamlıqlarını itirirdilər.
Tərtər Rayon İcra Hacimiyyətinin başçısı Müstəqim Məmmədov 30 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin qarşısındakı ərazinin atəşə tutulması nəticəsində şəhid olmuş Dəmirçilər kənd sakini İbrahimov Şahin Mahmud oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsində olub, baş sağlığı verib. Rayon rəhbəri şəhid haqqında ailə üzvlərinin, onu tanıyanların xatirələrini dinləyib. Şəhidin ailəsinə səbr diləyən icra baççısı onların qayğıları ilə də maraqlanıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!