Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri mülki şəhid Həsənov Zabil Məhəmməd oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib

01 oktyabr 2022 | 14:19

Əslən Kəlbəcər rayonundan olan 1983-cü il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlunun 2020-ci il oktyabr ayının 1-də Ermənistan silahlı qüvvələrinin  Tərtər şəhərini atəşə tutması nəticəsində şəhid olmasından 2 il keçir.        

Şəhidin ildönümü ilə əlaqədar rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Həsənqaya kəndində onun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb.

Mülki insanların öz evində şəhid olması erməni vəhşiliyinin daha bir təzahürüdür. Onlar törətdikləri cinayətlərə, vəhşiliklərə beynəlxalq müstəvidə cavab verməlidirlər.

Allah bütün şəhidimizə rəhmət eləsin!

Keçidlər