Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri mülki şəhid Əsədov Sabit Usub oğlunun ailəsini ziyarət edib

29 sentyabr 2022 | 16:53

Erməni vandalizminin daha bir qurbanı Əsədov Sabit Usub oğludur. O, 2020-ci il sentyabrın 29-da Ermənistan ordusunun Tərtərin Şıxarx qəsəbəsini atəşə tutması nəticəsində şəhid olub.

Bu gün rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov mülkü şəhidin ailəsində olub, onların qayğıları ilə maraqlanıb, başsağlığı verib.

Əsədov Sabit Usub oğlu Ağdam rayonunundan məcburi köçkün idi. Tərtər rayonunun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində yaşayırdı.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqqət və qayğıya görə Azərbauycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər