Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri mülki şəhid Elməddin Quliyevin atasının yas mərasimində iştirak edib

17 aprel 2025 | 15:30

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin rəisi Pərviz Hüseynov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə mülki şəhid Elməddin Quliyevin atası Cəfər Quliyevin yas mərasimində iştirak edib, mərhumun yaxınlarına başsağlığı veriblər.

Qeyd edək ki, şəhid Quliyev Elməddin Cəfər oğlu 1987-ci il may ayının 7-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. Orta təhsilini Qapanlı kənd orta məktəbində alıb. Səhhətində olan problemlə əlaqədar hərbi xidmətə getməsinə müddət verilib. Bu müddətdə kənddə təsərrüfat işləri ilə məşğul olub. 2012-ci il oktyabrın 26-da Qapanlı kəndinin erməni kəndinə yaxın hissəsindən qayıdarkən erməni təcavüzü nəticəsində minaya düşərək şəhid olmuşdur. Qapanlı kənd qəbiristanlığında dəfn olunub.

Evli idi. Sadiq və Əli adlı iki oğlu var.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Keçidlər