Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri mülki şəhid Əliyev Müzəffər Əli oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib

01 oktyabr 2022 | 10:45

Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Vətən müharibəsi zamanı erməni silahlı birləşmələrinin  rayonun yaşayış məntəqələrini  atəşə tutması nəticəsində şəhid olan mülkü şəxslərin ailələrinin ziyarətini davam etdirir. İcra başçısı Tərtər rayonunun Dəmirçilər kəndindən olan  mülkü şəhid Əliyev Müzəffər Əli oğlunun ailəsinə də baş çəkib, onun xatirəsini ehtiramla yad edib.

1971-ci il təvəllüdlü Əliyev Müzəffər Əli oğlu terrorçuların Tərtər şəhərini ağır artileriya atəşinə tutması nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin qarşısında şəhid olub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər