Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri mülki şəhid Axundov Ədavət Zahid oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib

14 oktyabr 2022 | 11:27

Ermənistan Silahlı qüvvələri 44 günlük Vətən müharibəsi zamanı 1949-cu il tarixli Cenevrə Konvensiyasının norma və prinsiplərini pozaraq Tərtər şəhərini və kənd yaşayış məntəqələrini mütəmadi atəşə tutur, mülki əhaliyə qarşı terror əməlləri törədirdilər. Ədavət Axundov da erməni vandallığının qurbanlarındandır.

Tərtər şəhəri, Hüseyn Cavid küçəsində yaşayan  Ədavət Axundov 14 oktyabr 2020-ci il tarixdə ermənilərin atdığı raketin onun evinə düşməsi nəticəsində şəhid olub.

Mülki şəhidin ikinci ildönümü ilə əlaqədar rayon rəhbəri Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri ilə birlikdə şəhidin  ailəsinə baş çəkib, onlara başsağlığı verib.

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna dualar oxuyub, erməni vəhşiliyinin  qurbanı olan Ədavət Axundovun xatirəsi anılıb.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər