Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə Vətən müharibəsinin ikinci dərəcəli əlili Rəşad Məmişovun ailəsini ziyarət edib

31 mart 2025 | 11:01

“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tərtər rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Tərtər şəhərində Vətən müharibəsinin ikinci dərəcəli əlili Məmişov Rəşad Ələsgər oğlunu ziyarət  edib, onun və ailəsinin qayğıları ilə maraqlanıb.

Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.

Qeyd edək ki, Məmişov Rəşad Ələsgər oğlu Vətən müharibəsi zamanı Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmənin atdığı artilleriya mərmisinin yaxınlığına düşməsi nəticəsində ağır yaralanan qazimizə aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilib.

Döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Suqovuşanın azad olunmasına görə", “Cəsur döyüşçü” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnətdarlıqlarını bildiriblər.

Keçidlər