Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə “Vətən Müharibəsi Qəhrəmanı” Azər Abdullazadə ilə görüşüb
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev ilə bilikdə Tərtər rayonunun Cəmilli kəndində qazi, “Vətən Müharibəsi Qəhrəmanı” Abdullazadə Azər Rizvan oğlu ilə yaşadığı evdə görüşüb, ailəsinin qayğıları ilə maraqlanıblar.
Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azər kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Onun Vətən, ərazi bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.
Qeyd olunub ki, Azər Abdullazadə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Cəbrayılın azad edilməsinə görə” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Azər Abdullazadə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.