Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə şəhid Qənbərli Qənbərin ailəsini ziyarət edib
01 aprel 2026 | 12:55
Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin Deputatı Anar Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Kəngərli kəndində Vətən müharibəsi şəhidi Qənbərli Qənbər Bəhruz oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı Qənbər Qənbərli Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində Murovdağ istiqamətindəki döyüşlərdə sentyabrın 27-də şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 2021-ci il mayın 22-də nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






