Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə Şəhid atası Yaşar Abbasovun evində olub, onun qayğıları ilə maraqlanıblar

30 aprel 2022 | 10:59

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev Vətən Müharibəsi Şəhidi Elnur Abbasovun atası Yaşar Abbasovu xəstəliyi ilə əlaqədar əməliyyat olunub evinə döndükdən sonra ziyarət edib, səhəti və qayğıları ilə maraqlanıb, Ramazan Bayramı münasibəti ilə ailəyə bayram sovqatı aparıblar.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışılıb. Bildirilib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir.

Şəhid atası şəhid ailələrinə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər