Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə şəhid atası 85 yaşlı İsmayıl Hüseynovu yubleyi münasibəti ilə ziyarət edib

24 avqust 2023 | 15:16

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim  Məmmədov  Milli Məclisin deputatı Sahib Alıyev ilə bilikdə birinci Qarabağ müharibəsinin 14 yaşlı mülki şəhidi Hüseynov Əfqan İsmayıl oğlunun atası İsmayıl Hüseynovu 85 illik yubleyi münasibəti ilə  ziyarət edib, bu münasibətlə təbrik edərək şəhid atasına səmimi arzularını çatdırıb, ailənin qayğıları ilə maraqlanıb.

İcra başçısı bütün şəhid valdeynlərinin baş tacımız olduğunu bildirib və ona rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.

Mülki şəhid Hüseynov Əfqan İsmayıl oğlu 1980-ci il fevral ayının 9-da Tərtər rayonunun Qaraağacı kəndində anadan olub. O, Qapanlı kənd tam orta məktəbinin şagirdi idi. 1994-cü il mart ayının 28-də erməni hərbi birləşmələrinin Qapanlı kəndi istiqamətindəki artilleriya atəşi zamanı mərmilərdən biri onların həyətinə düşüb və o, aldığı qəlpə yarasından şəhid olub.

Yaşayış məntəqələrinin, mülki insanların atəşə tutulması, qətlə yetirilməsi müharibə qanunlarına zidd olan bu qətlam, erməni vəhşiliyinin əyani sübutudur.

Şəhid atası bütün şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib, Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərin qisasını alan, 44 günlük vətən müharibəsində 30 ildən sonra torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu ilə qürur duyduğunu bildirib.

Keçidlər