Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə şəhid Aslan Hüseyinovun ailəsini ziyarət edib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Qurban Bayramı ilə əlaqədar iyunun 6-da Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov və Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla birlikdə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuş rayonun Qaradağlı kəndindən olan şəhid Hüseynov Aslan Malik oğlunun ailəsində olub, şəhid ailəsini Qurban bayramı münasibətilə təbrik etdiblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daha sonra Qurban bayramı münasibətilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə və din xadimlərinə bayram sovqatı paylanılıb.