Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Atlas Abbasquluyevanın yas mərasimində iştirak edib

12 iyul 2025 | 23:02

Tərtər rayonunun Şıxar qəsəbəsində Birinci Qarabağ müharibəsi şəhidi Məhəmməd Abbasovun anası  Abbasquluyeva Atlas Salah qızının üç mərasimi keçirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov və YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı veriblər.

Qeyd edək ki, şəhid Abbasov Məmməd Salman oğlu 1947-ci ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində almış və Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Qarabağ hadisələri başlayanda Umudlu kənd orta məktəbində sürücü işləyirdi. Qarabağ müharibəsi başlanan vaxtdan Umudlu kənd əhalisi ilə birlikdə erməni işğalçılarına qarşı mübarizə aparırdı. 1991-ci il may ayının 25-də erməni işğalçılarının kəndə növbəti hücumu zamanı o, bu hücumun qarşısının alınmasında, kənd əhalisinin sağ qalmasının təşkil edilməsində xüsusi fəallıq göstərmiş və bu döyüş zamanı qəhrəmancasına şəhid olmuşdur.

Evli idi. Leyla, Maxrur, Xuraman, Ramilə adlı dörd qızı və Elməddin adlı bir oğlu var. Umudlu qəbiristanlığında dəfn olunub.

Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər