Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə Novruz bayramı münasibətilə şəhid ailələrini və qaziləri ziyarət ediblər
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev Novruz bayramı münasibəti ilə Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyarət edib, onların qayğıları və problemləri ilə maraqlanıblar.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışılıb. Bildirilib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir.
Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.