Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə 8 noyabr –Zəfər Günü münasibəti ilə lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş həmyerlilərimizin ailəsini ziyarət edib

08 noyabr 2023 | 16:07

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə  8 noyabr –Zəfər Günü münasibəti ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş həmyerlilərimizin ailələrində olub, onları Zəfər Günü münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb, bayram sovqatı veriblər. Vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adlarını şəhidlik zirvəsinə yazan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyiblər.

Bildiriblər ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmənə ağır zərbə vuran, düşmənə layiqli dərs verən, adlarını qəhrəmanlıq salnaməsinə yazmaqla Vətənin bölünməzliyinə imza atan şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə təskinlik verərək diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir. Hər birinin həyatı  bir qəhrəmanlıq dastanı olan şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik.

Görüşlərdə Azərbaycan Respublikası  Prezidenti, möhtərəm Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı qələbədən, ölkə rəhbərinin antiterror əməliyyatlarından sonra işğaldan azad olunmuş ərazilərdə-Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını dalğalandırmasından, Ali Baş komandanla bütün xalqımızın qürur duymasından da danışılıb, qalib ölkənin qalib vətəndaşı olmağın gözəl hiss olduğu vurğulanıb.

Görüşlərdə həmçinin bildirilib ki, Azərbaycan Respublikası  Prezidenti, möhtərəm Ali Baş komandan cənab İlham Əliyevin müvafiq sərəncamı ilə lokal xarakterli antiterror əməliyyatlarında şəhid olan həmyerlilərimiz Lalayev Ruslan Akif oğlu 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən Uğrunda” medalı ilə, Ağayev Kənan Vahid oğlu, Vəlizadə Rəşad Elşən oğlu, Abbaszadə Emin Faiq oğlu, Səfərov Cavid Rövşən oğlu və İbrahimov Elnur Səxavət oğlu isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən Uğrunda” medalı ilə təltif ediliblər.

Şəhidlərin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər