Rayon rəhbəri məktəbliləri təltif edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş inşa yazı və rəsm müsabiqələrinin qalibləri və Ulu öndərə həsr edilmiş konsert proqramında çıxış edən istedadlı məktəblilərlə görüşüb.
Görüş zamanı rayon rəhbəri gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin, milli-mənəvi dəyərlərə bağlılığının vacibliyi vurğulanıb. O, bildirib ki, Heydər Əliyevin zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, keçirilən müsabiqələr və konsert proqramı şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılmasına geniş imkan yaradır.
Sonda müsabiqə qaliblərinə və konsert proqramında yüksək səviyyədə çıxış edən, gözəl səsi ilə seçilən şagirdlərə təşəkkürnamələr təqdim olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.






