Rayon rəhbəri mədəniyyət işçisi Zahir Əsədovu 50 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib
30 iyun 2026 | 17:39
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Umudlu Folklor evinin bədii rəhbəri Zahir Əsədovu 50 illik yubileyi münasibətilə qəbul edib.
Görüşdə rayon rəhbəri Zahir Əsədovu yubileyi münasibətilə səmimi qəlbdən təbrik edərək, ona cansağlığı və gələcək fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayıb. Yubilyarı rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Tərtər Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib.
Zahir Əsədov mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.






