Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsinin 3-cu dərəcəli əlili Ümid Müzəffərlinin ailəsini ziyarət edib

19 iyun 2025 | 14:38

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov  Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla  birlikdə Qaynaq kəndində Vətən müharibəsinin 3-cu dərəcəli əlili Müzəffərli Ümid Qəzənfər oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.

Görüşdə Vətən Müharibəsi şəhidi Cahangir Surxayzadənin atası Hətəm Əliyev, anası İltifat Qaraşova və Antiterror əməliyyatlarının 3-cü qrup əlili Hüseyn Süleymanlı da iştirak ediblər.

Qeyd edək ki, Vətən müharibəsinin 3-cu dərəcəli əlili Müzəffərli Ümid Qəzənfər oğlu 15.06.1994-cü ildə Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Ağdamın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Ağdamın azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Qazi Ümid Müzəffərli onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Keçidlər