Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsi şəhidi Orxan Aslanlının ailəsini ziyarət edib

04 avqust 2025 | 15:14

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla  birlikdə Səhlabad kəndində Vətən müharibəsi şəhidi Aslanlı Orxan Şahmar oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.

Görüşdə Şəhid atası Akif Lalayev, Şəhid Mehrac Mahmudovun oğlu Ziya Mahmudov iştirak ediblər.

Orxan Aslanlı 1992-ci ilin noyabr ayının 20-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Aslanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Aslanlı oktyabrın 8-idə həmin istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tərtər rayonunun Səhləbad kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatdığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Orxan Aslanlı ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Keçidlər