Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində üçüncü qrup əlil Qənbər Əsədovu ziyarət edib

02 oktyabr 2025 | 15:29

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov, Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədovla birlikdə üçüncü qrup əlil  Əsədov Qənbər Əsgər oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Görüşdə şəhid Hüseynov Elnurun atası Əhliman Hüseynovda iştirak edib.

Qeyd edək ki, Qənbər Əsədov 28.09.2020-ci il tarixində Vətən Müharibəsi zamanı təcili tibbi yardım maşını ilə yaralıları daşıyarkən Ermənistan hərbi birləşmələri tərəfindən Tərtər şəhərini atəşə tutması zamanı Tərtər Rayon Məhkəməsinin qarşısına düşən mərminin partlaması nəticəsində yaralanmış və bir ayağı ambutasiya olunmuşdur

Görüşdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.

Qənbər Əsədov onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər

Keçidlər