Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhid Mənsimli İntiqamın ailəsini ziyarət edib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin Deputatı Anar Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Kəngərli kəndində Vətən müharibəsi şəhidi Mənsimli İntiqam İlyas oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, şəhid Mənsimli İntiqam 1998-ci il iyunun 5-də Tərtər rayonun Kəngərli kəndində anadan olub. 2020-ci il oktyabr ayının 16-da Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub, oktyabrın 17-də doğulduğu Tərtər rayonunun Kəngərli kəndində dəfn olub.
Ölümündən sonra o, döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






