Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhid Haqverdi Məmmədovun ailəsini ziyarət edib

24 noyabr 2025 | 15:35

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla  birlikdə Güləbatlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Məmmədov Haqverdi Lətif oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.   

Qeyd edək ki, Məmmədov Haqverdi Lətif oğlu 1974-cü il iyul ayının 24-də Tərtər rayonunun Güləbatlı kəndində anadan olmuşdur. Natamam orta təhsilini həmin kənddə aldıqdan sonra Buruc kənd orta məktəbində orta təhsilini başa vurub 1991-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olur. 1992- ci ilin oktyabr ayında keçmiş "Şəfəq" kolxozunda istehsalat təcrübəsində olarkən həmin ayın 8-də Milli Ordunun əsgərlərinə kömək məqsədilə ön cəbhəyə gedərkən Ağdərə rayonunun Çardaxlı kəndində minaya düşərək həlak olmuşdur. Subay idi. Güləbatlı kənd qəbiristanlığında dəfn edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Keçidlər