Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhid Ərşad Sarıyevin ailəsini ziyarət edib

24 noyabr 2025 | 15:43

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla  birlikdə Güləbatlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Sarıyev Ərşad Sarı oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.   

Qeyd edək ki, Sarıyev Ərşad Sarı oğlu 1973-cü il yanvar ayının 15-də Kəlbəcər rayonunun Sınıq Kilsə kəndində anadan olub. Sonralar ailələri ilə birlikdə Tərtər rayonunun Güləbatlı kəndinə köçüblər. Orta təhsilini Buruc kənd məktəbində alıb. 1991-ci ilin iyun ayında keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırılıb. SSRİ dağıldıqdan sonra 1992-ci ilin yanvar ayında xidmət etdiyi Litva Respublikasından hərbi xidmətdən qayıdaraq “Tərtər özünümüdafiə batalyonu”na yazılıb. N saylı hərbi hissənin tərkibində olan bu batalyonun əsgəri kimi Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdi. 1992-ci il sentyabr ayının 1-də keçmiş Ağdərə rayonunun Drambon kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Güləbatlı kənd qəbiristanlığında dəfn edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Keçidlər