Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhid anası Nəzakət Tapdıqovanı ad günü münasibəti ilə təbrik edib

10 oktyabr 2025 | 10:53

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim  Məmmədov YAP Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Kəngərli kəndində  birinci Qarabağ müharibəsi şəhidi Tapdıqov Saləddin Sahib oğlunun anası Nəzakət Tapdıqovanı 85 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını çatdırıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.

Tapdıqov Saləddin Sahib oğlu 1973-cü il may ayının 15-də Tərtər rayonunun Kəngərli kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra Qaradağlı kolxozunda kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. 1992-ci ilin avqust ayında rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Hərbi xidmətini N saylı hərbi hissədə keçməklə bu ordunun əsgəri kimi Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvar ayının 26-da Ağdərə ətrafında gedən döyüşdə mina partlayışı nəticəsində həlak olmuşdur. Subay idi. Kəngərli kənd qəbiristanlığında dəfn olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Keçidlər