Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhid anası Dilruba Orucovanı ad günü münasibəti ilə təbrik edib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Mamırlı kəndində mülki şəhid Orucov Pərviz Novruz oğlunun anası Dilruba Orucovanı 65 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını çatdırıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.
Orucov Pərviz Novruz oğlu 1989-cu il iyun ayının 10-da Tərtər rayonunun Mamırlı kəndində anadan olmuşdur. Pərviz Orucov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 15 oktyabr tarixində Tərtər şəhər qəbiristanlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Mamırlı kəndində dəfn olunub. Ailəli idi. 2 övladı yadigar qalıb.
Şəhid anası onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.






