Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhid Allahverdi Səfiyevin ailəsini ziyarət edib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla və rayon Polis şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Samir Bayramov birlikdə İlxıçılar kəndində şəhid Səfiyev Allahverdi Səfi oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Görüşdə 1-ci qrup Vətən Müharibəsi Əlili Zeynalov Tərlan iştirak edib.
Səfiyev Allahverdi Səfi oğlu 15 sentyabr 1993-cü ildə Ucar rayonunun Bağman kəndində anadan olub. Orta təhsilini Ucar rayonu Bağman kənd tam orta məktəbində alıb. Azərbaycan Silahlı Qüvvələrinin Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu idi.
Azərbaycan Silahlı Qüvvələrinin çavuşu olan Səfiyev Allahverdi Səfi oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Əsgəran(Ağdərə) ərzaisində şəhid olub.
Ucar rayonunun Bağman kənd qəbiristanlığında dəfn edilib.
Ailəli idi. İki övladı yadigar qalıb.
Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.






