Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində mülki şəhid anası Könül İbrahimovanı ad günü münasibəti ilə təbrik edib

12 noyabr 2025 | 14:20

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim  Məmmədov YAP Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Dəmirçilər kəndində kəndində  Vətən Müharibəsinin mülki şəhidi İbrahimov Şahin Mahmud oğlunun anası Könül İbrahimovanı 60 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını çatdırıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.

Şahin İbrahimov 1987-ci il dekabr ayının 24-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. Şahin İbrahimov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması zamanı sentyabr ayının 30-da Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin qarşısına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Dəmirçilər kəndində dəfn olunub. Ailəli idi. 2 övladı yadigar qalıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Keçidlər